Yeni əməliyyat sistemi hansı üstünlüklərə malikdir?
"Microsoft" korporasiyası "Windows 8" əməliyyat
sisteminin yenilənmiş versiyası olan "Windows 8.1"i
istifadəyə verib. "Microsoft" şirkətindən verilən
məlumata görə, yeni əməliyyat sistemi geniş qurğular
spektri üçün unikal və şəxsi təcrübəni özündə əks
etdirir. Artıq oktyabrın 17-dən dünyanın 230-dan artıq
bazarında və 37 dildə olan "Windows 8" istifadəçiləri
"Windows Store"dan online qaydada təmənnasız olaraq
yenilənmiş əməliyyat sistemini yükləməyə başlayıblar.
Oktyabrın 18-dən isə yenilənmiş əməliyyat sisteminin
bütün dünya üzrə pərakəndə ticarət obyektlərində tətbiq
olunan yeni qurğulara quraşdırılmasına başlanılıb.
"Windows 8.1" yüksək personallaşdırılmış istifadə
baxımından "Windows" görüntüsünü inkişaf etdirir və eyni
zamanda "Microsoft"un qloballaşan dünyada sürətli
inkişafa sadiq qaldığını nümayiş etdirir. Yenilənmiş
əməliyyat sistemi istifadəçilər üçün yeni innovativ
qurğuların yaranmasını əks etdirir. Bu qurğuların
əksəriyyəti sensor ekranlıdır və müxtəlif qiymət
kateqoriyalarında hesablama gücünü, xüsusi dizayn və
enerjisaxlama qabiliyyətini nümayiş etdirir.
Yenilənmiş "Windows 8.1"in təqdimat mərasimində çıxış
edən Windows bölməsinin korporativ vitse-prezidenti
Djuli Larson-Grin qeyd edib ki, "Microsoft"
korporasiyası istifadəçilərə yenilənmiş "Windows 8.1"i
təqdim edib. "Bu iddialı addım idi və biz "Windows 8.1"
ilə daha da irəli getdik. "Windows 8.1" ən müxtəlif
planşetlər və kompüterlərdə işləyəcək və bizə
istifadəçilərin ehtiyacına nə qədər həssas yanaşdığımızı
nümayiş etdirməyə imkan yaradacaq. Bu gün istifadəsini
mümkün etdiyimiz ilkin versiya yeni cihazların istehsalı
və Windows əsasında bütün dünyada tətbiqlər yaradan
tərəfdaşlarımız üçün vacibdir".
"Windows 8.1" bir çox kökləmə və funksional
təkmilləşmələr təklif edir.
"Windows 8.1"in üstünlükləri:
*
Yüksək personallıq. Təkmilləşdirilmiş və daha çox
özəlləşdirilə bilən ekran hər bir istifadəçiyə öz
"Windows" cihazında unikal görünüş yaratmaq imkanı
təqdim edir. Bundan başqa, istifadəçilər hansı
ekrandan - "Start" menyusundan və ya kompüter
ekranının ana səhifəsindən başlayacaqlarını özləri seçə
bilərlər, bu halda "Microsoft" akkauntundan istifadə
edilən bütün "Windows" cihazlarında sinxronlaşdırma
prosesi gedir.
*
Daha asan yönlənmə. "Windows 8.1" naviqasiyanın
əsas nöqtəsi kimi "Start" düyməsini qaytarır.
Proqramların yenilənmiş görünüşü istifadəçilərin işini
asanlaşdırır və tezləşdirir. Həmçinin, proqramdan
istifadə qaydaları və məsləhətlərə keçid də asanlaşıb.
*
Təkmilləşdirilmiş axtarış. Yeni "Bing Smart
Search" istifadəçinin istəyi ilə həm cihazda, həm də
İnternetdə axtarışlar üçün ən asan yolu təmin edir.
Sadəcə ana səhifədə axtarışınızı çap etməlisiniz,
"Smart Search" isə lazım olan informasiyanı və ya
faylları asanlıqla tapır.
*
"Start" düyməsində geniş əlavələr və xidmət seçimi.
Yenilənmiş "Windows" istifadəçilərə onların sevdiyi
əməliyyatları asanlıqla yerinə yetirmək imkanı yaradır.
Məsələn, dostlarla və ailə ilə "Skype" vasitəsi ilə
əlaqə qurmaq, elektron məktublara "Mail" proqramı
vasitəsi ilə rahat keçid, kino və teleşouları "Xbox
Video" vasitəsi ilə izləmək, "Bing Food & Drink" kimi
proqramlarda yeni reseptlər tapmaq, "Xbox Music" ilə
musiqi dinləmək. "Windows 8.1"ə yeni və daha sürətli
"Internet Explorer 11", seçilmiş səhifələrin və axtarış
tarixinin sinxronlaşdırılması kimi yeniliklər əlavə
olunub. Proqram təchizatı həmçinin, 3D printerlərində
çap imkanını və bu tip faylların oxunmasını özündə
cəmləşdirir.
*
Bir çox funksiyanı eyni vaxtda həyata keçirmək
imkanı. "Windows 8.1" eyni anda dörd proqram və ana
səhifənin yan-yana istifadə edilməsi imkanını yaradır.
Ekranda hər bir proqramın ölçüsünü asanlıqla dəyişmək
mümkündür. Həmçinin, bir proqram vasitəsi ilə digərini
işə salmaq və "Windows Store" panelini hər bir ekranda
görmək imkanı da mövcuddur.
*
"SkyDrive" bulud sistemi ilə intensiv inteqrasiya.
"Windows 8.1" hər hansı bir "Microsoft" cihazında
fayllarla işləmək prosesini asanlaşdırıb. İstifadəçi hər
hansı fayllar yarada, habelə onları redaktə etmək, qeyd
etmək və paylaşmaq kimi funksiyalardan istifadə edə
bilər.
*
"Windows Store"un yenilənmşş dizaynı. "Windows
Store" proqramının yeni dizaynı onun istifadəsini və
proqram seçimini asanlaşdırır. Yeni sxemlər və
kateqoriyalar, məsələn, "New & Rising" yeniliklərdən hər
zaman xəbərdar olmağa imkan yaradır. "Bing" axtarışları
əsnasında istifadəçi üçün ən maraqlı proqramlar seçilir
və ona təqdim olunur. "Windows 8.1" bütün proqramların
avtomatik yenilənməsini nəzərdə tutur, bu yenilik
vasitəsilə istifadəçilər proqramların ən son və ən yaxşı
versiyalarından yararlanırlar. Məsələn, "Fresh Paint"
proqramına yeni sulu boya və qrafit qələmlər toplusu
əlavə olunub.
"Windows 8.1" barədə daha ətraflı məlumatı
http://blogs.windows.com və
http://www.microsoft.com/en-us/news ünvanlarından almaq
olar.
Qeyd edək ki, 1975-ci ildə təsis edilmiş "Microsoft"
korporasiyası proqram təminatı istehsalında dünya
lideridir. "Microsoft" korporasiyası geniş çeşidli
proqram məhsulları hazırlayır və istehsal edir. Onların
arasında stolüstü və şəbəkə əməliyyat sistemləri,
müştəri-server mühitləri üçün server, istifadəçilər üçün
stolüstü biznes və ofis tətbiqləri, interaktiv proqram
və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr
və hazırlama alətləri var. "Microsoft" korporasiyasının
məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili
daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi
kompüter platformalarının əksəriyyəti ilə uyğundur.
2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft
Azərbaycan" şirkətinin başlıca vəzifəsi elektron
idarəetmə, biznes inzibatçılığı və təhsil sistemi üçün
yeni məhsullarını tətbiq etməklə Azərbaycanın inkişafına
töhfə verməkdir.
Beynəlxalq fənn olimpiadalarında nəyə görə daha çox
asiyalı məktəblilər qalib gəlir?
Son vaxtlar istedadlı şagirdlərin üzə çıxarılması və
onların bacarıqlarının stimulə olunmasında beynəlxalq
fənn olimpiadalarının rolu və nüfuzu artmaqdadır. Bir
sıra fənlər üzrə keçirilmiş beynəlxalq fənn
olimpiadalarında isə, bir qayda olaraq, Asiya
ölkələrindən olan məktəblilərin ciddi uğurlar qazanması
xeyli düşündürücüdür. Elə cari il iyulun ortalarında
Moskvada keçirilmiş Beynəlxalq Riyaziyyat Olimpiadasının
nəticələri də bunu deməyə əsas verir. Doğrudan da
adıçəkilən olimpiadada ən yaxşı nəticələri Çin və Cənubi
Koreya məktəbliləri göstərib, onların hər biri 5 qızıl
və bir gümüş medal qazanıblar. Bu ölkələr tərkibində 6
iştirakçı olan komanda ilə təmsil olunublar. Daha sonra
isə Amerika və Rusiya (hərəsi 4 qızıl və 2 gümüş medal)
gəlir. Vyetnam 3 qızıl və 3 gümüş medalla 4-cü nəticə
göstərib. Koreya Xalq Demokratik Respublikası, Tayvan,
Böyük Britaniya, İran, Kanada və Xorvatiya isə hərəsi 2
qızıl medal qazanıblar. Olimpiadada iştirak edən digər
86 ölkənin payına isə cəmi 12 qızıl medal düşür.
Bu siyahıya baxdıqda medalların daha çox Asiya
məktəbliləri tərəfindən qazanıldığını görmək olar. Lakin
belə bir sual doğur: nəyə görə beynəlxalq fənn
olimpiadalarında daha çox çinli məktəblilər qalib
gəlir?
İlk baxışdan bunun səbəbi aşkardır. Çoxları deyə bilər
ki, Çin əhalisinin sayına görə ən böyük dövlətdir və
təbii ki, riyaziyyat sahəsində istedadlı uşaqlar bu
ölkədə çox olmalıdır. Lakin bu, sualın məntiqi cavabı
deyil. Əhalisinin sayına görə Çini təqib edən qonşu
Hindistan fənn olimpiadalarındakı uğurları ilə öyünə
bilməz. Hindli məktəblilər Moskva riyaziyyat
olimpiadasında 2 gümüş və 3 bürünc medal qazanıblar.
Qeyd edək ki, Asiya məktəblilərinin beynəlxalq
riyaziyyat olimpiadalarındakı uğurları digər fənlər
(kimya, fizika və informatika) üzrə keçirilən
olimpiadalarda da müşahidə olunur. Cənub-Şərqi Asiya
ölkələrindən olan istedadların, eləcə də bu ölkələrdən
olan və bir sıra Qərb dövlətlərinin komandalarında
iştirak edən iştirakçıların beynəlxalq elm
yarışlarındakı uğurlarını aşağıdakı cədvəldən (cədvəl 1)
aydın görmək olar. Cədvəl son 5 ildə dünyanın ən yaxşı
komandalarının çıxışlarını əks etdirir.
Riyaziyyat üzrə beynəlxalq olimpiadada hər il dünyanın
100-ə yaxın ölkəsi iştirak edir və qaliblərə 45 qızıl
medal təqdim olunur (cədvəl 1-ə bax).
Cədvəl 1
Ölkə |
Qızıl medallar |
Gümüş medallar |
Bürünc medallar |
Medal almayan iştirakçılar |
Çin |
28 |
1 |
1 |
0 |
Cənubi Koreya |
20 |
9 |
0 |
1 |
ABŞ |
20 |
9 |
0 |
0 |
Rusiya |
19 |
11 |
0 |
0 |
Koreya Xalq Demokratik Respublikası |
10 |
10 |
4 |
0 |
Tailand |
9 |
19 |
2 |
0 |
Yaponiya |
9 |
15 |
4 |
2 |
Kanada |
9 |
9 |
11 |
1 |
İran |
8 |
17 |
5 |
0 |
Türkiyə |
8 |
14 |
8 |
0 |
Tayvan |
7 |
20 |
1 |
2 |
Rumıniya |
7 |
14 |
8 |
1 |
Vyetnam |
7 |
12 |
11 |
0 |
Böyük Britaniya |
7 |
9 |
11 |
3 |
Sinqapur |
6 |
15 |
7 |
2 |
Ukrayna |
6 |
11 |
11 |
2 |
Bu cədvəlin son 15 il ərzində necə dəyişikliyə
uğramasını müşahidə etmək çox maraqlıdır. Dünyanın ən
yaxşı komandalarının 1993-1997-ci illər üzrə
nəticələrinin əks olunduğu aşağıdakı cədvəl (cədvəl 2)
isə əsasən Avropanın riyaziyyat komandalarının
üstünlüyünü əks etdirir.
Cədvəl 2
Ölkə |
Qızıl medallar |
Gümüş medallar |
Bürünc medallar |
Medal almayan iştirakçılar |
Çin |
22 |
7 |
1 |
0 |
Rusiya |
20 |
9 |
4 |
|
ABŞ |
20 |
9 |
5 |
0 |
Macarıstan |
19 |
11 |
5 |
0 |
İran |
10 |
10 |
5 |
0 |
Rumıniya |
9 |
19 |
5 |
0 |
Almaniya |
9 |
15 |
7 |
0 |
Bolqarıstan |
9 |
9 |
4 |
0 |
Vyetnam |
8 |
17 |
2 |
1 |
Böyük Britaniya |
8 |
14 |
10 |
1 |
Ukrayna |
7 |
20 |
11 |
6 |
Cənubi Koreya |
7 |
14 |
9 |
1 |
Fransa |
7 |
12 |
5 |
6 |
Yaponiya |
7 |
9 |
10 |
3 |
,,, |
,,, |
,,, |
,,, |
,,, |
Kanada |
6 |
11 |
14 |
6 |
Tayvan |
5 |
12 |
8 |
3 |
...1991-ci ildə diskvalifikasiya olunduğuna görə Koreya
Xalq Demokratik Respublikası olimpiadada iştirak
etməyib.
Fizika üzrə qaliblərin müəyyən olunması qaydaları
fərqlidir. Təqdim olunan qızıl medalların sayı da gümüş
medallardan çoxdur. Bu il fizika üzrə keçirilən
yarışlarda (80 ölkə iştirak edib) riyaziyyat
olimpiadasında olduğu kimi Çin və Cənubi Koreya hərəsi
5, Sinqapur və Rusiya hərəsi 4, ABŞ, Tayvan, İran və
Tailand hərəsi 3 qızıl medal qazanıblar. Qalan 75
ölkənin payına 11 qızıl medal düşüb.
Bu il Moskvada keçirilən Beynəlxalq Kimya Olimpiadasında
Çin, Tayvan, Cənubi Koreya, Sinqapur, Ukrayna hərəsi 3,
Rusiya, ABŞ, Polşa, Hindistan, Macarıstan və Qazaxıstan
hərəsi 2 qızıl medal qazanıblar. Qalan 62 ölkənin
payına isə 7 qızıl medal düşüb. Əgər son 5 ilin
nəticələrini ümumiləşdirsək, yenə də Asiya ölkələrinin
üstünlüyünü görə bilərik (cədvəl 3-ə bax).
Cədvəl 3
Fizika |
Kimya |
Çin |
24 |
Cənubi Koreya |
15 |
Tayvan |
21 |
Çin |
14 |
Cənubi Koreya |
18 |
Rusiya |
10 |
Sinqapur |
16 |
Tayvan |
9 |
Tailand |
14 |
Sinqapur |
8 |
ABŞ |
13 |
ABŞ |
8 |
Rusiya |
12 |
Hindistan |
7 |
Hindistan |
11 |
Tailand |
7 |
Rumıniya |
8 |
Macarıstan |
6 |
Yaponiya |
7 |
İran |
5 |
Macarıstan |
7 |
Çexiya |
5 |
İndoneziya |
6 |
Qazaxıstan |
4 |
Vyetnam |
6 |
Ukrayna |
4 |
Almaniya |
6 |
Fransa |
3 |
Honq-Konq |
5 |
İndoneziya |
3 |
Qazaxıstan |
5 |
Avstriya |
3 |
|
|
Belarus |
3 |
İnformatika üzrə keçirilən beynəlxalq yarışlarda
komandalar 4 iştirakçı ilə təmsil olunur.
Yarışda 25 ölkə iştirak edir, qaliblərə 25 qızıl medal
təqdim olunur. Bu il informatika yarışlarında qızıl
medallar belə bölünüb: Çin- 4, Rusiya-3, ABŞ, Cənubi
Koreya, Rumıniya, Slovakiya hərəsi 2.
Qızıl medal üzrə son 5 ilin ümumi nəticələri belədir
(cədvəl 4):
Cədvəl 4
Çin |
16 |
ABŞ |
13 |
Rusiya |
12 |
Belarus |
8 |
Yaponiya |
8 |
Tayvan |
7 |
Cənubi Koreya |
7 |
Rumıniya |
7 |
Polşa |
6 |
İran |
5 |
Xorvatiya |
5 |
Bolqarıstan |
4 |
Slovakiya |
3 |
Tailand |
3 |
Bütün bunlardan sonra Cənub-Şərqi Asiya ölkələrində
məktəblilərin beynəlxalq olimpiadalardakı uğurlarını
şərtləndirən faktorlara diqqət yetirək:
1. Yüksək fərdi motivasiya. Milli olimpiadalarda
əldə olunan qələbələr şagirdlərin nüfuzlu
universitetlərə qəbul olunmasını, gələcəkdə yaxşı iş
yeri tapmalarını təmin edir. Güclü rəqabət şəraitində
ən yaxşı şagirdlər gün ərzində uzun müddət işləməklə
tələb olunan bilikləri əldə etməyə çalışırlar. Çində
40-50 şagirdin dərs aldığı sinifdə müəllim uşaqlara dərs
materialını paylayır, onlar isə dərhal başlarını
qaldırmadan verilən tapşırığın öyrənilməsinə
başlayırlar. Çində məktəb təhsili I-IX siniflərdə
pulsuz, X-XII siniflərdə isə pulludur, buna görə də
məktəblilər dərs zamanı bekar dayanmağı özlərinə rəva
görmürlər. Ən yaxşı məktəblərdə müəllimlərin pedaqoji
yükü də fərqli təşkil olunub: müəllimlər çox da böyük
olmayan auditoriya saatlarında dərs materiallarını
çatdırır, günün ikinci yarısında isə icbari qaydada
fərdi məsləhətlər aparır. Avropada hazırda
məktəblilərin fərdi motivasiyası olduqca aşağıdır.
Şagirdlərin riyaziyyat sahəsində qabiliyyətləri isə
informatika sahəsində özünü göstərir, çünki burada
yüksək nəticələr göstərmək daha asandır (cari ildə
beynəlxalq informatika müsabiqəsində qazanılmış 25 qızıl
medal 16 ölkə arasında bölüşdürülüb).
2. Cənub-Şərqi Asiya ölkələrinin təbiət elmləri
sahəsində yarışlarda öz təmsilçilərinin daha çox uğur
qazanması və irəliləməsində maraqlı olmaları.
Hazırda bu ölkələrdə yuxarı sinif şagirdləri üçün təşkil
olunan çoxsaylı beynəlxalq olimpiada və turnirlər
keçirilir. Bu zaman dövlət və ya öz məhsulları ilə daha
çox tanınan şirkətlər bu yarışların sponsoru qismində
çıxış edirlər. Məsələn, o qədər də varlı olmayan
İndoneziya gənclər üçün təbiət elmləri beynəlxalq
olimpiadasının (IJSO) təşəbbüskarı kimi çıxış edib, bu
ölkənin prezidenti müsabiqənin hər bir iştirakçısını
şəxsən salamlayıb. Bir sıra region ölkələrində isə milli
komandaların beynəlxalq müsabiqələrdə iştirakının
hərtərəfli dəstəklənməsi üçün icbari proqramlar
mövcuddur.
3. Diqqət və intizam. Beynəlxalq Riyaziyyat
Olimpiadasının sualları 6 tapşırıqdan ibarətdir.
Olimpiadanın hər iki turunda şagirdlərə 3 tapşırıq
təqdim olunur: asan, orta və mürəkkəb. Şagirdlərin
diqqətcil, yığcam, intizamlı, qətiyyətli olmaları,
əvvəllər əldə olunmuş biliklərin canlandırılması və
səliqəlilik uğur qazanmaqda başlıca rol oynayır.
4. Orta məktəblərdə riyaziyyat və təbiət elmləri
sahəsində təhsilin ən yüksək səviyyəsi (bu, ən mühüm
mövqe hesab olunur). Cənub-Şərqi Asiya ölkələrində
təbiət-riyaziyyat fənlərinin, eləcə də humanitar
profilli liseylərdə (məsələn, Çin) öyrənilməsinə artıq
miqdarda saat ayrılır. Hər bir statuslu məktəb üçün
yaxşı təchiz olunmuş fizika, kimya, biologiya
kabinetinin olması mütləqdir. Misal üçün, məhz
keyfiyyətli təcrübi avadanlığa malik olan Tayvan
məktəblərinin yetirmələri fizika olimpiadalarında digər
ölkələrlə müqayisədə daha artıq üstünlüyə malikdir.
Lakin beynəlxalq fənn olimpiadalarında ciddi tərəqqi
əldə etmiş Cənubi Koreyanın uğurları daha parlaqdır. Bu
ölkədə beynəlxalq fənn olimpiadalarına hazırlığa cəlb
olunmuş ən yaxşı məktəblilər xüsusi yaradılmış
internat-məktəblərdə birillik təhsilə dəvət olunurlar.
Bu məktəblər ümumi təhsilin səviyyəsinə görə ən yüksək
tədris göstəricilərinə malikdir. Ölkənin demək olar ki,
bütün məktəblərində təhsilin ən yüksək keyfiyyəti təmin
olunub. Bu isə bütün istedadlı məktəbliləri ayırd
etməyə imkan yaradır.
5. Beynəlxalq yarışlara peşəkar hazırlıq məşqləri.
Gənc istedadların dünya bilik yarışlarında iştirakı
onların hərtərəfli hazırlığını, eləcə də onlar üçün
icbari qaydada treninqlərin keçirilməsini tələb edir.
İlkin mərhələdə tədris-məşq toplantılarının
keçirilməsində xarici təcrübəni (ilk növbədə Sovet
İttifaqı, Rusiya və Şərqi Avropa dövlətləri) əsas
götürən Asiya ölkələri, eləcə də ABŞ tədricən özlərinin
elmi-tədris-metodik məktəblərini yaradıblar. Bundan
əlavə, beynəlxalq riyaziyyat olimpiadalarında uğura can
atan Asiya ölkələri istedadlı uşaqlarla işləmək üçün
Şərqi Avropadan təlimçilər dəvət ediblər. Məktəblilərin
beynəlxalq olimpiadalara hazırlığı işi bu ölkələrdə
prestijli və yüksəkmaaşlı iş hesab olunur. |