Azərbaycan Müəllimlər İnstitutunda 18 oktyabr - Dövlət
Müstəqilliyi gününə həsr olunmuş "dəyirmi masa"
keçirilib. Dövlət himni səsləndirildikdən sonra AMİ-nin
rektoru, Milli Məclisin deputatı, professor Aqiyə
Naxçıvanlı çıxış edərək ilk növbədə tədbir
iştirakçılarını bayram münasibətilə təbrik edib. Rektor
bildirib ki, 1991-ci il oktyabrın 18-dən öz
müstəqilliyini elan etdikdən sonra Azərbaycan
Respublikası dünya birliyinin müstəqil ölkələri sırasına
qoşuldu. Bu gün tarixin ağır sınaqlarından çıxmış
respublikamız özünəməxsus inkişaf yolu ilə irəliləyir.
Bu inkişafın təməl daşları ulu öndərimiz Heydər Əliyev
tərəfindən qoyulub. Memarı və qurucusu Heydər Əliyev
olan müstəqil dövlətimiz dahi şəxsiyyətin Azərbaycan
xalqına ən böyük töhfəsidir. İndi Azərbaycan
Respublikasının hər bir vətəndaşının müqəddəs borcu
ümummilli liderin siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanı
qorumaq və daha da inkişaf etdirməkdir.
İnstitutun ibtidai və məktəbəqədər təhsilin metodikası
kafedrasının müdiri, Yeni Azərbaycan Partiyası AMİ ilk
təşkilatının sədri, professor Mircəfər Həsənov, ictimai
fənlər kafedrasının dosenti Namiq Əliyev müstəqillik
illərində Azərbaycan Respublikasının əldə etdiyi
nailiyyətlərdən danışıblar. Çıxışçılar Prezident İlham
Əliyevin həyata keçirdiyi uğurlu daxili islahatlar və
uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində hazırda
Azərbaycanın dünyada özünəməxsus yer tutduğunu qeyd
ediblər.
Tədbirdə institutun Tələbə Gənclər Təşkilatının sədri
Nərmin Ərəbli "Müstəqillik illərində Azərbaycanda gender
məsələsinin həlli haqqında", təhsildə sosial-psixoloji
xidmət ixtisası üzrə II kurs tələbələri Əli Nadirli
"Azərbaycanın müstəqillik illərində neft strategiyası",
Nigar Abdullayeva "Azərbaycan dövlət gənclər siyasəti"
mövzularında çıxış ediblər.
Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru |