Samux Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, müqəddəs Qurban bayramı ərəfəsində
rayonun Alabaşlı qəsəbəsində qəzalı vəziyyətdə olan orta
məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin
başçısı Alı Qocayev bildirib ki, respublikamızın hər
yerində olduğu kimi, Samux rayonunun təhsil sistemində
də islahatlar uğurla davam etdirilir. Hər il qəzalı
vəziyyətdə olan bir neçə məktəb üçün yeni binalar inşa
edilir, bəziləri isə əsaslı təmir olunur. 220 yerlik
Alabaşlı qəsəbə orta məktəbi də bu yenidənqurma
tədbirləri çərçivəsində görülən işlərdəndir.
Çıxışlardan sonra rəmzi lent kəsilib və qonaqlar
tədris ocağında yaradılan şəraitlə yaxından tanış
olublar.
Şakir CƏFƏROV |