Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Təhsil Problemləri İnstitutunda beynəlxalq baş məsləhətçi Aleksandru Krisanla görüş

 

Oktyabrın 22-də Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin "Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" və "Müəllimlərin ixtisasartırma təliminin təkmilləşdirilməsi" komponentləri üzrə  beynəlxalq baş məsləhətçi Aleksandru Krisanla görüşüb, Azərbaycanda təhsil islahatlarının gedişi, bu prosesdə institutun iştirakı  və gördüyü işlərlə bağlı müzakirə keçirib. Müzakirədə Azərbaycan təhsilinin bəzi problemləri, o cümlədən təhsil proqramlarının (kurikulumların) hazırlanması, qiymətləndirmə mexanizmlərinin yaradılması, tətbiqi, qarşıya çıxan çətinliklər, onların aradan qaldırılması, müəllim kadrlarının hazırlanması və onun keyfiyyətinin yüksəldilməsi kimi məsələlər diqqət mərkəzində saxlanılıb. Həmçinin gələcəkdə Təhsil Problemləri İnstitutunun fəaliyyətinin daha da təkmilləşdirilməsi barədə  fikir mübadilələri aparılıb. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov