Oktyabrın 22-24-də Bakıda
İSESKO-nun Asiya regionu ölkələri üzrə Milli
Komissiyaları Baş katiblərinin regional iclası
keçirilib.
Tədbirin əsas məqsədi İSESKO-nun təhsil sahəsində
gələcək siyasətinin, həyata keçiriləcək proqramlarının
və iş metodlarının, həmçinin, Milli Komissiyaların
İSESKO ilə əməkdaşlığının genişləndirilməsi, bu
təşkilatın Milli Komissiyaları arasında təcrübə
mübadiləsi və digər məsələlərin müzakirəsidir.
İclasda İSESKO-ya üzv olan 6 ölkənin, o cümlədən
Azərbaycan, Banqladeş, İndoneziya, Maldiv Respublikası,
Pakistan və Tacikistanın, habelə İSESKO-nun
nümayəndələri iştirak ediblər. |