Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində ali məktəblər arasında keçirilən müsabiqənin nəticələri məlumdur

 

 Avropa İttifaqının TEMPUS proqramı (Universitetlər üçün Trans-Avropa Mobillik Proqramı) çərçivəsində 2013-cü il üçün keçirilən müsabiqənin nəticələri məlum olmuşdur.

Azərbaycan  ali məktəblərinin müsabiqəyə təqdim etdikləri 13 layihə uğur qazanmışdır.  Qazanılmış  layihələrdən 3-ü Azərbaycan Dillər Universiteti ("Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi" - 1142902 avro), Azərbaycan Dövlət İqtisad Universiteti ("Beynəlxalq əlaqələr üzrə universitet idarəetməsinin inkişafı və təkmilləşdirilməsi" - 653908 avro) və Xəzər Universiteti ("Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması" - 725273 avro) tərəfindən təqdim olunmuşdur.

Qeyd edək ki, Azərbaycan TEMPUS proqramında 1995-ci ildən iştirak etməyə başlamışdır. Azərbaycanın dövlət və özəl ali məktəbləri müxtəlif prioritet sahələr üzrə TEMPUS layihələrində fəal iştirak edirlər. Hazırda Azərbaycanın bölgələrində fəaliyyət göstərən universitetlərin iştirakını və struktur tədbirləri nəzərdə tutan layihələrə xüsusilə üstünlük verilir.

Ümumiyyətlə, Azərbaycan ali məktəblərinin Avropa İttifaqı qrant layihələrində iştirakı ildən-ilə artmaqda davam edir. Belə ki, əgər 2012-ci ildə 45 layihə təqdim olunmuşdusa, 2013-cü ildə bu rəqəm 63-ə çatmışdır. Bu il ali məktəblərimiz tərəfindən təqdim olunan layihələrin 23-ü ilkin seçim mərhələsindən keçmiş, 13-ü isə təsdiq olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov