Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil
üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ilində
xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq
üçün sənəd vermiş növbəti 17 namizəd barədə müsbət qərar
qəbul olunmuşdur.
Bu il Azərbaycan Respublikası Prezidenti yanında Təhsil
üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində
xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq
üçün sənəd vermiş namizədlərdən 783 nəfəri barədə müsbət
qərar qəbul edilmişdir. Bununla da xaricdə təhsil üzrə
Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili
üçün tələbələrin seçim prosesi başa çatmışdır.
Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə
təhsil almaq hüququ qazanmış bütün tələbələri təbrik
edir, onların Azərbaycanın gələcək inkişafına töhfələr
verəcəyinə əminliyini bildirir.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə
Komissiyanın müsbət qərar verdiyi 17 tələbənin
siyahısı:
1. Ağakişiyev Murad Arzu oğlu
2. Allahverdiyev Eltun Aydın oğlu
3. Baqdalov Fuad Rauf oğlu
4. Cəfərli Lalə Zəfər qızı
5. Əliyev Tofiq Məlikheydər oğlu
6. Gözəlova Qənirə Məhəmməd qızı
7. Həmzəyev Ənvər Yaşar oğlu
8. Həsənli Əsmər Şahin qızı
9. Hüseynova Aydan Rövşən qızı
10. İsmayılov Namiq Rəşid oğlu
11. İsrəfilzadə Fateh Məftun oğlu
12. Kələntərli Kamran Arif oğlu
13. Məlik-Aslanov Cəmil Zaur oğlu
14. Orucova Jalə Elçin qızı
15. Şirinbəyli Əmir Şahmar oğlu
16. Şirinov Nizami Nəsimi oğlu
17. Umudova Tamilla Etibar qızı |