Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov Gürcüstanın, Belçika Krallığının və Koreya
Respublikasının ölkəmizdəki səfirləri ilə ikitərəfli
görüşlər keçirmişdir.
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze,
Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri
xanım Karen Petit, Koreya Respublikasının Azərbaycandakı
səfiri Çoi Suk-İn ilə keçirilmiş ikitərəfli görüşlər
zamanı ölkələrimiz arasında təhsil sahəsində
əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə
fikir mübadiləsi aparılmış, tələbə mübadiləsi,
ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri
müzakirə edilmişdir. |