Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

Təhsil müəssisələrində ekoloji maarifləndirmə tədbirləri davam etdirilir

 

"Təmiz şəhər" ASC-dən verilən məlumatda bildirilir ki, növbəti tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetinin fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsində təşkil edilib.

"Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda keçirilən tədbirdə Milli Məclis Aparatının sektor müdiri Şamil Hüseynov tələbələrə ətraf mühitin mühafizəsi sahəsində parlament tərəfindən qəbul olunmuş normativ-hüquqi sənədlər barədə məlumat verib.

Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru Nəriman Ağayev isə bərk məişət tullantılarının düzgün idarə olunmasının insanların həyat fəaliyyətinin təhlükəsizliyində rolu barədə məlumatları diqqətə çatdırıb.

"Təmiz şəhər" ASC-nin ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev qurumun gördüyü işlər barədə təqdimatla çıxış edib.

Qeyd edilib ki, ASC tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin məqsədi gənclərin ekologiya və ətraf mühit sahəsində biliklərinin artırılması və onları ətraf mühitə qayğı ilə yanaşmağa çağırmaqdır.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov