Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

"Bələdiyyə demokratik dövlət idarəetməsinin təsisatı kimi" mövzusunda diskussiya

 

Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə hüquq fakültəsində "Bələdiyyə demokratik dövlət idarəetməsinin təsisatı kimi" mövzusunda diskussiya keçirildi.

Tədbiri giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açaraq qeyd etdi ki, XX əsr Azərbaycan xalqının həyatında əhəmiyyətli və unudulmaz izlər qoymuşdur. Azərbaycanda iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin dirçəlişi və dinamik inkişafı, eləcə də yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin yaranması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, sürətlə dünya birliyinə inteqrasiyası ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Rektor vurğuladı ki,  Azərbaycan Respublikasında bələdiyyə təhsili ildən-ilə təkmilləşir və genişlənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində universitetdə dövlət və bələdiyyə idarəetməsi ixtisası açılmışdır. Ölkənin digər ali təhsil müəssisələri kimi, Naxçıvan Dövlət Universitetində də 2004-2005-ci tədris ilindən sosial idarəetmə və hüquq fakültəsinin nəzdində bələdiyyə və turizm kafedrası yaradılmış, Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə kadr hazırlığına başlanmışdır. O da qeyd edildi ki, kafedranın 2 əməkdaşı Beynəlxalq Turizm Akademiyasının həqiqi üzvüdür. Bu sahədə hazırlanan kadrlar müvafiq işlərlə təmin olunurlar.

Naxçıvan bələdiyyəsinin sədri Nuraləm İbrahimov mövzu ilə bağlı geniş məlumat verərək bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini də nəzərə çatdırdı.

Naxçıvan bələdiyyəsində vergi şöbəsinin müdiri İbrahim Həsənov "Yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin rolu", universitetin bələdiyyə və turizm kafedrasının müdiri Hafiz Hüseynov "Bələdiyyələrin inkişafına kadr təminatı və bu sahədə görülən işlər", Naxçıvan bələdiyyəsinin baş mütəxəssisi Akif Məmmədov "Yerli əhəmiyyətli şikayət və təkliflərin həll edilməsində bələdiyyələrin rolu", universitetin bələdiyyə və turizm kafedrasının müəllimi Flora  Kərimova "Yerli özünüidarəetmə orqanlarının inkişaf perspektivləri və problemləri" mövzularında məruzələr etdilər.

Sonda "Bələdiyyə demokratik dövlət idarəetməsinin təsisatı kimi" adlı diskussiya başlandı. Tələbələri maraqlandıran suallar cavablandırıldı. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov