Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

"Tələbələr azad sahibkarlıq fəaliyyətində" layihəsinin təqdimatı

 

Naxçıvan Özəl Universitetində "ENACTUS -Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində" layihəsinin təqdimatı keçirildi. Təqdimatda çıxış edən humanitar elmlər kafedrasının müdiri, dosent Elbrus İsayev 60-dan çox tələbəyə ENACTUS layihəsinin mahiyyəti haqqında geniş məlumat verdi. Bildirildi ki, layihənin əsas məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, onlarda mövcud liderlik qabiliyyətinin inkişaf etdirilməsi, layihə müddətində düzgün vaxt bölgüsünün təmin edilməsi, effektiv komanda yığımı, layihələrin idarə edilməsi və iş bölgüsünün təmin edilməsi, təqdimat bacarıqlarının artırılması, eləcə də yüksək potensiala malik gənclərin peşəkar kadr kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Gülnar Məmmədova tələbələr arasında anket sorğusunun nəticələri əsasında yaradılmış yeni komandaların tərkibini elan etdi, layihələrin icra mexanizmi və müddəti haqqında danışdı. Sonda ENACTUS  layihəsi ilə bağlı slayd və "Enactus World Cup" videoçarxları nümayiş etdirildi.

Artıq bir neçə ildir ki Azərbaycanda fəaliyyət göstərən ENACTUS Azərbaycan - "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə müxtəlif layihələri uğurla həyata keçirməkdədir. İnanırıq ki, Naxçıvan Özəl Universitetinin yenidən yaradılacaq ENACTUS komandası milli çempionatda uğurla təmsil olunacaq və dünya çempionatına vəsiqə qazanmaq imkanı əldə edəcəkdir.  

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin
Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov