Təhsil Nazirliyi ictimai təşəbbüslərin dəstəklənməsi
üzrə yeni layihə-müsabiqəyə başlayır.
Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və
ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan
problemlərin araşdırılması və həll edilməsi yönündə sıx
əməkdaşlığın qurulmasını əsas prioritet
istiqamətlərindən biri hesab etdiyindən müvafiq
layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
Azərbaycan Respublikası təhsil nazirinin 11 oktyabr
2013-cü il tarixli, 842 nömrəli əmrinə əsasən təşkil
olunacaq "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə
layihə-müsabiqəsi"ndə iştirak üçün layihələrin qəbulu
elan edilmişdir.
Müsabiqədə iştirak etmək istəyənlər noyabrın 20-dək
müvafiq təkliflərini ənənəvi və ya elektron poçt (projects@edu.gov.az)
vasitəsilə təqdim edə bilərlər. |