Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

Varşava Universitetinin tədris proqramına Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı fənlər daxil edilib

 

Bu ilin oktyabrından etibarən ilk dəfə olaraq Polşanın ən nüfuzlu ali təhsil müəssisəsi olan Varşava Universitetinin tədris proqramına Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı fənlər daxil edilmişdir.

Bu fənlərin tədrisini milliyyətcə azərbaycanlı, Varşava Universitetinin fəlsəfə elmləri doktoru, Polşada təsis edilən Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımova həyata keçirəcəkdir. Azərbaycanla bağlı fənlər proqrama yeni əlavə olunmasına baxmayaraq, dərslərə yazılan tələbələrin sayı gözləniləndən yüksək olmuşdur.

Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən və Polşadakı səfirliyin Varşava Universitetinin rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində ərsəyə gələn bu tədris layihəsinin rəsmi təqdimatı oktyabrın 11-də Varşava Universitetində keçirilmişdir.

Tədbirdə səfir Həsən Həsənov azərbaycanşünaslıqla bağlı fənləri seçən tələbələrlə görüşmüş, onların qarşısında geniş məruzə ilə çıxış etmişdir.

Diplomat son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mədəniyyətin inkişafına göstərilən qayğıdan, həyata keçirilən irimiqyaslı beynəlxalq və regional layihələrdən, iqtisadiyyatda əldə edilmiş uğurlardan danışmışdır. O, dövlətimizin başçısının Azərbaycanın milli maraq və mənafelərinin qorunmasını başlıca şərt kimi irəli sürdüyünü və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirdiyini diqqətə çatdırmışdır. Həsən Həsənov Azərbaycan xalqının milli mədəni irsinin qorunub saxlanılmasında və növbəti nəsillərə çatdırılmasında, mədəniyyətimizin dünyada geniş təbliğində, nəinki Azərbaycanda, bütün dünyada qədim ümumbəşəri tarixi abidələrin bərpası və qorunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm rolunu vurğulamışdır. Səfir, həmçinin Azərbaycan tarixi, ədəbiyyatı, qədim eposları, xalçaçılıq, musiqi, memarlıq sənəti, Azərbaycan-Polşa mədəni əlaqələri haqqında geniş məlumat vermişdir. Səfir tələbələrin Azərbaycan turizmi, kinosu, mətbəxi, qədim abidələri ilə bağlı suallarını da cavablandırmışdır.

Sonda tələbələrə səfirlik tərəfindən polyak dilində nəşr edilmiş kitablar hədiyyə olunmuşdur. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov