Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda
gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli
464 nömrəli Fərmanına uyğun olaraq
QƏRARA ALIRAM:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı
şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl
kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq
görülsünlər:
Abdullayeva Züleyxa Nazim qızı - Azərbaycan Milli
Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının
şagirdi
Bəylərova Firuzə Rauf qızı - Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının Orta ixtisas Musiqi
Məktəb-studiyasının şagirdi
Cəfərov Mircavid Mircavad oğlu - Bakı şəhər Georgi
Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin
şagirdi
Əmiraslanova Səmra Mətin qızı - Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının tələbəsi
Xanlarov Cahandar İslam oğlu - Bakı şəhər Leopold və
Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik
Musiqi Məktəbinin şagirdi
İsmayılov Atabəy Xəzər oğlu - Bülbül adına Orta ixtisas
Musiqi Məktəbinin şagirdi
Mailova Jalə Eldəniz qızı - Bakı şəhər Rauf Hacıyev
adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2013-cü il |