Sentyabrın 27-dən oktyabrın 8-dək Çernoqoriyanın Budva
şəhərində şahmat üzrə yeniyetmələrin Avropa çempionatı
keçirilmişdir.
8 yaşadək şahmatçılar qrupunda ölkəmizi təmsil edən
Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Aydın
Süleymanlı qızıl medal qazanaraq I yerə, Sənan Əliyev
isə bürünc medalla III yerə layiq görülmüşdür.
14 yaşlı şahmatçılar qrupunda 1 nömrəli Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama Məktəbinin yetirməsi Günay Məmmədzadə də
yüksək nəticə göstərmişdir. Belə ki, G.Məmmədzadə qızıl
medal qazanmaqla I yerin sahibi olmuşdur. |