Təhsil
Nazirliyinin kollektivi pedaqoji elmlər doktoru,
professor Əjdər Ağayevi 76 yaşının tamam olması
münasibəti ilə təbrik edir.
Ə.Ağayev ömrünü pedaqogika elminin və təhsilin
fundamental problemlərinə həsr etmiş tanınmış alimdir.
Onun araşdırmaları yalnız elmi ictimaiyyət üçün deyil,
cəmiyyətin müxtəlif təbəqələri üçün də maraq doğurur. Bu
da öz növbəsində, əsərlərin geniş elmi, ictimai
mahiyyətindən xəbər verir.
Professor Əjdər Ağayev hər zaman təhsil, təlim, tərbiyə,
pedaqogika elminin inkişaf etdirilməsi məsələlərinə
müasir aspektdən yanaşır, fikirlərini həm nəzəri, həm də
təcrübi cəhətdən inkişaf etdirir. Ərsəyə gətirdiyi
tədqiqat işləri ilə müasir dövrün tələb və çağırışlarına
uyğun təlim-tərbiyə konsepsiyası irəli sürür.
Tanınmış pedaqoq Ə.Ağayevi bir daha təbrik edir, ona
uzun ömür, cansağlığı, elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq. |