Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

Dünya universitetlərinin 2013-2014-cü illər üzrə növbəti reytinq cədvəli açıqlanıb

 

Qəzetimizin 13 sentyabr 2013-cü il tarixli 35 nömrəli sayında Böyük Britaniyanın "Quacquarelli Symonds" şirkətinin dünyanın 200 ən nüfuzlu ali məktəblərinin reytinq cədvəli (QS World University Rankings) dərc olunub. Oktyabrın 2-də isə Britaniyanın Times Higher Education jurnalı 2013-2014-cü illər üzrə dünyanın 400 ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini  açıqlayıb. Ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan   Times Higher Education-un növbəti  araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi  əhatə edir. Reytinq   Thomson Reuters kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdirən məlumatlara əsaslanır.   Reytinq cədvəlinə artıq 3 ildir ki, fasiləsiz olaraq Amerikanın Kaliforniya Universiteti başçılıq edir. Dünyanın 200 ən nüfuzlu universitetlərinin siyahısına  əsasən Amerika və Böyük Britaniya universitetləri liderlik edir. İlk 10-luqda Amerika 7, Böyük Britaniya 3 ali məktəblə təmsil olunur.

Harvard Universiteti Oksford Universiteti ilə birlikdə  siyahının 2-3-cü sırasında yerləşib. Stenford Universiteti 4-cü, Massaçusets Texnologiya Universiteti isə 5-ci yeri tutublar.  

Avropanın ən güclü universitetləri  Böyük Britaniyanın payına düşür. Reytinq cədvəlində bu ölkənin 31 ali məktəbi yer alıb. 200-lüyə Niderlandın 12, Almaniyanın 10, Fransanın 8, İsveçrənin 7, Belçikanın 5 universiteti daxil olub.

Asiyada liderlik Yaponiyanın Tokio Universitetinə (23-cü yer) məxsusdur. Sinqapurun Milli  Universiteti  Avstraliyanın Melburn Universitetini (34-cü yer) qabaqlayaraq 26-cı yerə çıxıb. Çinin Pekin Universiteti 45-ci yerdə qərarlaşıb.  Türkiyənin Boğaziçi Universiteti 200 universitet arasında 199-cu yerdə yerləşib. 

Rusiya ali məktəbləri dünyanın 200 ən yaxşı universitetləri sırasına daxil ola bilməyiblər. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti bu siyahıda 226-250-ci yerləri tutan ali məktəblər qrupuna daxildir. Ötən il MDU "201-225" ali məktəblər qrupuna daxil olub.

Times Higher Education jurnalının redaktoru Fill Beytin sözlərinə görə, Rusiya ali məktəbləri getdikcə reytinq cədvəlinin yüksək sıralarından uzaqlaşmağa başlayıblar. 

 

Dünya universitetlərinin 2013-2014-cü illər üzrə növbəti reytinq cədvəli

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov