Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

"Azərbaycanın təhsil siyasəti: nəticələr və qarşıda duran vəzifələr" mövzusunda respublika elmi-praktik konfransı

 

Lənkəran Dövlət Universitetində "Azərbaycanın təhsil siyasəti: nəticələr və qarşıda duran vəzifələr" mövzusunda respublika elmi-praktik  konfransı keçirildi.

Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti və AMEA Lənkəran Regional Elm Mərkəzinin birgə keçirdiyi konfransı universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq konfransın məqsəd və vəzifələrindən danışdı.

Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Sonra universitetin rektoru A.İsgəndərov bildirdi ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycan elmi və təhsili beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edir. Qeyd edilib ki, müstəqillik illərində bir sıra mərhələlərdən və sınaqlardan keçən Azərbaycan təhsili bu gün yüksək inkişaf dövrünü yaşayır. Hazırda təhsil sistemi qarşısında kamil insan və rəqabətə qabil şəxsiyyət hazırlamaq kimi yüksək tələblər durur.

Lənkəran Rayon Təhsil Şöbəsi müdirinin müavini Güloğlan Bağırov, Lənkəran Tibb Kollecinin direktoru, tibb elmləri namizədi İqbal Əmənullayev, Lənkəran Humanitar Kollecinin direktoru Şaban Şəfiyev, Astara Humanitar Kollecinin direktoru, fəlsəfə elmləri namizədi Əlihəsən Həmzəyev, Cəlilabad Rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Nadir Babayev, Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşı Adıgözəl Eminov və başqaları məruzə edərək Azərbaycanın təhsil siyasətindən, qazanılan uğurlardan, beynəlxalq təhsil sisteminə inteqrasiya istiqamətində görülən işlərdən və təhsil islahatları ilə bağlı qarşıda duran vəzifələrdən danışdılar.

Konfransda ölkədə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirilməsində dövlət başçısının çoxcəhətli və yorulmaz fəaliyyəti yüksək qiymətləndirildi.

Qeyd edildi ki, təhsilimiz müasir tələblərə uyğun qurulmaqla tədrisin keyfiyyəti daha da yaxşılaşdırılmalıdır. Konfransda həmçinin məktəblərin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı təkliflər səsləndi.

Təkliflərin ümumiləşdirilib müvafiq orqanlara çatdırılması tövsiyə edildi.

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Konfransda   respublikamızın müxtəlif ali məktəblərinin, qonşu rayonların elm, təhsil müəssisələrinin və Lənkəran ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 

Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov