Oktyabrın
4-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov Sinop Universitetinin rektoru, professor
Recep Bircan, Canık Başarı Universitetinin rektoru,
professor Yunus Bekdemir, Kastamonu Universitetinin
rektoru Seyit Aydının daxil olduğu Türkiyədən gələn
nümayəndə heyətini qəbul edib. Qonaqlara BDU haqqında
məlumat verən rektor Abel Məhərrəmov universitetin üzvü
olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən, bu
qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən
birgə qrant layihələri və proqramlardan danışıb.
Qonaqlar öz növbəsində rəhbərlik etdikləri
universitetlər haqqında məlumat verib, əməkdaşlıq
perspektivlərinə toxunublar. Görüş zamanı qarşılıqlı
maraq doğuran məsələlər müzakirə edilib və BDU ilə
ayrı-ayrılıqda Türkiyə universitetləri arasında
əlaqələrin yaradılması, müştərək konfrans və
simpoziumların keçirilməsi, birgə proqram və layihələr
üzərində işlənilməsini nəzərdə tutan əməkdaşlıq
müqavilələri imzalanıb. Çıxış edən rektorlar müqavilənin
işlək olacağına və əməkdaşlığın səmərə verəcəyinə
inandıqlarını bildiriblər.
Sonda qonaqlar BDU-nun Heydər Əliyev muzeyi, tədris,
elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış
olublar.
BDU-nun Mətbuat və informasiya şöbəsi |