Gəncənin orta məktəblərində hərbi dərslərin tədrisinə
ciddi diqqət yetirilir.
Bu barədə məlumat verən şəhər təhsil idarəsi metodiki
mərkəzinin direktoru Söhrab Hacıyev AzərTAc-a demişdir
ki, Təhsil Nazirliyinin "Gənclərin çağırışaqədər
hazırlığı" fənninin səmərəli tədrisi ilə bağlı müvafiq
tapşırıq və göstərişləri Gəncə məktəblərində uğurla icra
olunur. Məktəblilərin hərbi xidmət həyatı ilə tanışlığı
və hərbi idman oyunlarında fəallığı, eləcə də
vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün ildə bir
dəfə şəhər və zona məktəblərinin "Cəsurlar" və
"Şahinlər" hərbi-idman oyunlarında iştirakı təmin
edilir. Bütün bunlarla yanaşı hərbi dərslərin yüksək
səviyyədə keçirilməsi üçün bütün məktəblər lazım olan
əyani vəsaitlərlə təmin edilmişdir.
Hazırda şəhər məktəblərində hərbi dərsləri tədris edən
45 müəllim fəaliyyət göstərir ki, onlar da mütəmadi
olaraq ixtisasartırma kurslarında iştirak edirlər. |