Son illər ümumi təhsil müəssisələrinin infrastrukturunun
genişləndirilməsi və yeniləşdirilməsi ilə yanaşı onların
maddi-texniki bazasının gücləndirilməsi, xüsusən də
müasir tədris avadanlığı ilə təmin olunması da diqqət
mərkəzindədir və bu istiqamətdə müntəzəm olaraq ciddi
addımlar atılır. 2013-2014-cü tədris ilində də bu məsələ
gündəmdə durmuş, respublika üzrə 240, o cümlədən Bakı
şəhərindəki 27 ümumi təhsil müəssisəsində 370 fizika,
kimya və biologiya fənn laboratoriyası müasir tələblərə
cavab verən avadanlıqlarla təmin olunmuşdur. Bu iş
dövlət büdcəsindən ayrılmış müvafiq vəsait hesabına
Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir.
Bu işlərin cari dərs ilində də davam etdirilməsi nəzərdə
tutulmuşdur.
Y. ƏLİYEV |