Oktyabrın 5-də təhsil naziri Mikayıl Cabbarov
2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil
müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan
Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya
tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 165
tələbə ilə görüşmüşdür.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara
təhsildə uğurlar arzulamış, gənclərin seçdikləri
ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi
ölkəmizə dönəcəklərinə əminliyini bildirmişdir. Təhsil
naziri azərbaycanlı gənclərin xaricdə təhsil almağa
göndərilməsi ənənəsinin ölkəmizin yüksək ixtisaslı
mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət
etdiyini nəzərə çatdırmışdır.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikasının
Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən
Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində
xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq
üçün sənəd vermiş 766 namizəd barəsində müsbət qərar
qəbul olunmuşdur.
Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu
zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir. |