Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Doktorantların və gənc tədqiqatçıların elmin müxtəlif sahələrində  əldə  etdiyi  nəticələri müzakirə  etmək,  habelə elmi yaradıcılığını stimullaşdırmaq  məqsədi ilə  

ƏMR EDİRƏM: 

1. Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı 19-20 dekabr 2013-cü il tarixlərində Azərbaycan Dillər Universitetində keçirilsin.

2. Konfransın  işi  Azərbaycan  Respublikası Təhsil Nazirliyinin  8 aprel 2011-ci  il tarixli, 553 nömrəli əmri ilə təsdiq edilmiş "Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının Əsasnaməsi"nə uyğun olaraq  təşkil edilsin.

3. Azərbaycan Dillər Universitetinin rektoru (S.Seyidov) konfransın yüksək  səviyyədə təşkilini və materiallarının nəşrini  təmin etsin.

4. Ali  təhsil  müəssisələrinin rektorları ciddi elmi nəticələri olan  doktorant və gənc tədqiqatçıların məruzə tezislərinin seçilməsini və 2013-cü il 15 noyabr tarixinədək  Azərbaycan  Dillər Universitetinə  təqdim edilməsini təmin etsinlər.

5. Konfransın işinə, proqram və materiallarının nəşrə hazırlanmasına nəzarət  Elm, ali və orta ixtisas təhsil şöbəsinə (G.Hüseynova) həvalə olunsun.

6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini, Nazirliyin  web - saytında yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini   təmin etsin.

7. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini  C.Bayramova həvalə edilsin.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 oktyabr 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov