Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Zərdabda "İdman tütünə qarşı" layihəsinin icrasına başlanılıb

 

"Gəncliyə dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti  yanında Gənclər Fondunun dəstəyi ilə Zərdab rayonunda "İdman tütünə qarşı" adlı layihənin icrasına start verib. Layihənin məqsədi bütövlükdə cəmiyyətin sağlamlığını qorumaq naminə gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və sağlam həyat tərzinin təbliğidir.

Layihə çərçivəsində rayon sakinləri arasında geniş məlumatlandırma və maarifləndirmə işi aparılması məqsədilə tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışının qadağan olunmasını xatırladan lövhələr, banerlər yerləşdiriləcək  və əhaliyə bukletlər paylanılacaqdır. Bundan başqa, məktəblilər arasında "İdman tütünə qarşı" devizi altında yarışlar təşkil olunacaq və həmin idman tədbirlərində tütünün fəsadları, zərəri barədə məlumatlar veriləcək, idmanın insanın həyatındakı əhəmiyyətli rolundan danışılacaqdır. 

S.HÜSEYNQIZI

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov