"2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun
olaraq bu ilin yay aylarında Bakıdakı 190 nömrəli tam
orta məktəbin idman və akt zalları yerləşən korpusu
əsaslı təmir olunub. 36 il əvvəl tikilmiş korpusun damı
mansard şəklində qurularaq dəmir örtük vurulub,
elektrik, su və kanalizasiya xətləri yenilənib və
köməkçi otaqlar yüksək səviyyədə təmir edilib. Binanın
divarları rənglənib, həyətə yeni asfalt örtüyü salınıb.
Məlumat üçün qeyd edək ki, təhsil ocağını bu il bitirən
məzunlardan 52-si respublikamızın müxtəlif ali
məktəblərinə, o cümlədən 9-u xarici ölkələrin nüfuzlu
ali təhsil müəssisələrinə daxil olub. Məzunlardan 4-ü
ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal
toplayıb, 2-si isə ümumi təhsili xüsusi nailiyyətlərlə
başa vurduğuna görə məktəbi qızıl medalla bitirib.
Təhsil ocağının müəllimi Nərgiz Məmmədova ötən dərs
ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibləri sırasında olmuşdur.
Samirə KƏRİMOVA |