Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

İdmançılarımız İslam Dövlətlərinin III İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış ediblər

 

"Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri mötəbər yarışlardan böyük nəticələr əldə etmişdir: məktəbin direktoru Oruc Məmmədlidən aldığımız məlumata görə, sentyabrın 24-dən 27-nə kimi İndoneziyanın   Palenbanq şəhərində keçirilmiş İslam Dövlətlərinin III İslam Həmrəyliyi Oyunlarında ağır atletika üzrə idmançımız 1983-cü il təvəllüdlü Bayramov Əfqan Şahin oğlu 77 kq çəki dərəcəsində gümüş medal (məşqçisi Soltan Kərimov) və  1982-ci il təvəllüdlü Cəmilov Namiq Yaqub oğlu  85 kq çəki dərəcəsində  bürünc medal (məşqçisi Vahid Nəzərov) qazanmışlar. Həmin yarışlarda üzgüçülük üzrə idmançımız Lazuq Yevgeniy Viktoroviç bir gümüş (50 m. batterflay), 1 bürünc (100 m batterflay) qazanmışdır.

Sentyabrın 5-dən 15-nə kimi Ukraynada keçirilən boks üzrə dünya birinciliyində isə 1997-ci il təvəllüdlü Tarverdili Hüseyn İlqar oğlu 70 kq çəki dərəcəsində III yerə çıxaraq bürünc medal qazanmışdır.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov