Azəbaycan Respublikası Gənclər və İdman Nazirliyinin,
Təhsil Nazirliyinin Realmadrid fondu ilə birgə layihə
çərçivəsində yaradılmış "Vətən" sosial futbol məktəbinə
8-17 yaşlı qızların festival xarakterli seçim
kampaniyası 5 oktyabr 2013-cü il tarixində keçiriləcək.
"Vətən" sosial futbol məktəbinin yaradılmasında məqsəd
Realmadrid fondunun sosial futbol modelini Azərbaycanda
tətbiq etməklə ölkədə futbolun inkişafına və
kütləviliyinə dəstək vermək, gənclərin və uşaqların
fiziki, əqli, intellektual səviyyələrini artırmaq,
sağlamlıqlarının qorunması və inkişafını, eyni zamanda
sosial həyata inteqrasiya olunmalarını təmin etməkdir.
Oktyabr ayının 8-də isə "Vətən" Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Futbol Məktəbində 5 oktyabr - Beynəlxalq Müəllimlər
Gününə həsr olunan qızlar (11-14 yaşlılar) arasında
seleksiya (seçim) xarakterli futbol yarışı keçiriləcək.
Turnirə 83, 248, 99, 115, 102, 126 nömrəli orta
məktəblər cəlb olunub. Yarışda 6 komanda mübarizə
aparacaq. 1, 2, 3-cü yerləri tutan komandalar kubok və
diplomlarla mükafatlandırılacaq.
Qızlar arasında futbol yarışlarının keçirilməsində
məqsəd qızları son dövrdə əhəmiyyətli dərəcədə
populyarlaşan qadın futboluna cəlb etmək, onların bu
idman növünə olan marağını və futbolun Azərbaycanda
idman mədəniyyəti səviyyəsində inkişafını və
kütləviliyini təmin etməkdən ibarətdir. |