Sentyabrın
26-da Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov Almaniyanın Vürsburq Universitetinin
prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb. Görüşdə BDU ilə Vürsburq
Universiteti arasında Avropa Hüququ Magistr Proqramının
hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə
olunub. Avropa Hüququ Magistr Proqramının ilk 6 məzununa
ikili diplom (BDU və Vürsburq Universitetinin
diplomları) təqdim edilib.
Qeyd etmək lazımdır ki, 2011-ci ilin sentyabrından
etibarən Bakı Dövlət Universitetində "Avropa hüququ"
ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir.
Hazırda tədris ingilis və alman dillərində aparılır.
Almaniya tərəfi bu proqramda iştirak edən tələbələrimiz
üçün intensiv alman dili kursları və Almaniyada təcrübə
təşkil edir, alman professorları BDU-da mühazirə
oxuyurlar.
Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi
Almaniyanın DAAD təşkilatı tərəfindən göstərilir.
BDU-nun Mətbuat və informasiya şöbəsi |