Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva
Bakının Xəzər, Nizami, Nəsimi, Nərimanov rayonlarındakı internat məktəbində, körpələr və uşaq evlərində,
Daun Sindromlu Şəxslərin Assosiasiyasında olublar

 

Böyütmək üçün şəkili seçinSentyabrın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olmuşlar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva əvvəlcə 12 nömrəli xüsusi internat məktəbində oldular.

Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi.

Bildirildi ki, 1969-cu ildən fəaliyyət göstərən bu məktəbdə beyin iflici əlaməti olan uşaqlar təhsil alırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məktəbdə 2010-cu ildə əsaslı təmir işləri aparılmışdır. Burada respublikanın bütün bölgələrindən 6-14 yaş arasında 141 uşaq təhsil alır. Onlar daim həkim, psixoloq və loqoped nəzarətindədirlər.

Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva uşaqlarla səmimi söhbət etdilər və xatirə şəkli çəkdirdilər.

Sonda Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim olundu.

***

Böyütmək üçün şəkili seçinSonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsinə gəldilər.

Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi.

Düşərgədə uşaqlarla görüşən Leyla xanım və Arzu xanım onlarla söhbət etdilər, yaşayış şəraiti ilə maraqlandılar, uşaqların rəqslərinə tamaşa etdilər.

Leyla Əliyeva və Arzu Əliyeva uşaq evinin kollektivi ilə xatirə şəkli çəkdirdilər.

Leyla xanıma və Arzu xanıma məlumat verildi ki, düşərgədə 2013-cü ildə əsaslı təmir işləri aparılmış, həyətyanı sahə abadlaşdırılmışdır. Yeni, müasir stadion inşa edilmiş, hovuz yenidən qurulmuş, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək şərait yaradılmışdır.

Leyla xanım və Arzu xanım uşaq evinin sakinləri ilə birgə çay süfrəsi arxasında söhbət etdilər.

***

Böyütmək üçün şəkili seçinHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Nəsimi rayonundakı 1 nömrəli körpələr evində də oldular.

Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi.

Məlumat verildi ki, 1930-cu ildə inşa edilən binada 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

Leyla xanım və Arzu xanım valideyn himayəsindən məhrum uşaqlarla görüşdülər, onlarla söhbət etdilər.

Qeyd olundu ki, burada 3 yaşa qədər 39 uşaq böyüyür. Onlar müntəzəm olaraq tibbi müayinədən keçirlər. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlayır.

Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva bu dəfə də uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindirdilər.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evində də oldular.

Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi.

Bildirildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulan bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Burada 103 uşağın müalicəsi, təhsili və təlim-tərbiyəsi ilə 90-a yaxın tibbi, pedaqoji və xidməti işçi məşğul olur.

Sonda Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyələr təqdim edildi.

***

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Cənubi Qafqazda ilk dəfə yaradılan Daun Sindromlu Şəxslərin Assosiasiyasında da oldular.

Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi.

Bildirildi ki, assosiasiyanın əsas məqsədi daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasıdır.

Daun sindromlu uşaqlarla söhbət edən Leyla xanıma və Arzu xanıma məlumat verildi ki, 96 uşaq və yeniyetmə burada öz vaxtlarını səmərəli keçirmək imkanına malikdirlər. Assosiasiyanın nəzdində "Dəcəllər" teatrı, rəqs, rəsm dərnəkləri, aşpazlıq məktəbi də fəaliyyət göstərir.

Qeyd edildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaxın zamanlarda Nizami rayonu ərazisində Daun Sindromlu Şəxslərin Assosiasiyasının yeni binası istifadəyə veriləcəkdir.

Leyla xanım və Arzu xanım uşaqların rəqslərinə tamaşa etdilər.

Sonda xatirə şəkli çəkdirildi.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov