Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva
sentyabrın 27-də Bakının Nizami rayonundakı 1 nömrəli,
Xətai rayonundakı 3 nömrəli və Suraxanı rayonunun "Yeni
Günəşli" yaşayış massivindəki 2 nömrəli uşaq evlərinin
sakinləri ilə görüşmüş, onların yaşayış şəraiti ilə
maraqlanmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyeva əvvəlcə Bakının Nizami rayonundakı 1 nömrəli
uşaq evinə gəldi. Fondun vitse-prezidenti kimsəsiz və
valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdü,
onların əl işlərindən ibarət sərgiyə baxdı.
Leyla xanım Əliyevaya məlumat verildi ki, burada 60
uşağın cəlb olunduğu müxtəlif dərnəklər fəaliyyət
göstərir. Artıq bir neçə ildir ki, müxtəlif ölkələrdə 1
nömrəli uşaq evinin balaca sakinlərinin əl işlərindən
ibarət sərgilər təşkil olunur. Bununla yanaşı, uşaqlar
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də
yaxından iştirak edirlər.
Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim
olundu.
Leyla xanım Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.
***
Sonra
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evinə
gəldi.
Leyla xanım Əliyevaya məlumat verildi ki, burada 3-16
yaş arasında 4 qrup üzrə kimsəsiz və valideyn
himayəsindən məhrum olan 90 uşaq yaşayır. Heydər Əliyev
Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq
evini də daim diqqətdə saxlayır. Fondun dəstəyi ilə uşaq
evinin sakinləri xaricdə keçirilən bir sıra
müsabiqələrdə uğurla iştirak etmişlər.
Leyla xanım Əliyeva bu dəfə də uşaqları Heydər Əliyev
Fondunun sovqatları ilə sevindirdi.
Sonda xatirə şəkli çəkdirildi.
***
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva
Suraxanı rayonunun "Yeni Günəşli" yaşayış massivindəki 2
nömrəli uşaq evində də oldu.
Leyla xanım Əliyeva uşaq evinin sakinləri ilə görüşdü,
onlarla söhbət etdi, yaşayış şəraiti ilə maraqlandı.
Fondun vitse-prezidenti uşaqların rəqslərinə tamaşa etdi.
Sonra uşaq evinin sakinlərinə Heydər Əliyev Fondunun
hədiyyələri təqdim olundu.
Leyla xanım Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.
AzərTAc |