Oktyabrın 3-də Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov ölkəmizdə işçi səfərdə olan Litvanın
təhsil və elm nazirinin müavini Rimantas Vaitkus və
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri İrfan Siddiq ilə ikitərəfli görüşlər keçirmişdir.
Görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində
əməkdaşlığın cari vəziyyəti, ikitərəfli əlaqələrin
genişləndirilməsi, ali təhsil müəssisələri arasındakı
münasibətlərin inkişafı və tələbə mübadiləsi məsələləri
müzakirə edilmişdir. |