Oktyabrın 1-də Qobustan Regional Təlim Mərkəzinin açılış
mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin prezidenti Rövnəq Abdullayev, "Azərsu" Açıq
Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov,
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar
Pirverdiyev, yerli və xarici neft şirkətlərinin
nümayəndələri, xarici ölkələrin ali məktəblərinin və
qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin
təmsilçiləri iştirak etmişlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi
ilə Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı sayəsində
ərsəyə gəlmiş Qobustan Regional Təlim Mərkəzində 15
ixtisas üzrə ilkin mərhələdə 350, növbəti tədris ilindən
isə 400-dən çox şagird təhsil ala biləcək. Mərkəzdə
şagirdlər üçün 1 illik təhsil müddəti ərzində 10 ay
nəzəri biliklərin tədris edilməsi və 2 aylıq təcrübə
kurslarının təşkili nəzərdə tutulmuşdur. |