Sentyabrın 27-də Azərbaycan Respublikasının təhsil
naziri Mikayıl Cabbarov Avropa İttifaqının Təhsil,
audiovizual və mədəniyyət məsələləri üzrə İcraçı
Agentliyinin Tempus üzrə sektor müdiri cənab Klaus Haupt
ilə görüşmüşdür.
Görüş zamanı Azərbaycan ali məktəblərinin Avropa
İttifaqı tərəfindən maliyyələşdirilən təhsil
proqramlarında iştirakı və yeni Erasmus+ proqramı
çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə
edilmişdir. |