Oktyabrın
1-də Bakının Xətai rayonunda akademik Zərifə Əliyeva
adına uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı
olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və
qızı Arzu Əliyeva açılış mərasimində iştirak etdilər.
Azərbaycanın birinci xanımına məlumat verildi ki, yüksək
standartlara uyğun inşa olunmuş bağçanın həyətində
uşaqların istirahəti üçün yüksək şərait yaradılmışdır.
Burada köşklər, yay amfiteatrı, yelləncəklər, batut və
digər əyləncə vasitələri qurulmuşdur. Hər iki binanın
ayrıca girişi vardır. Bina "Akkord Sənaye Tikinti
İnvestisiya Korporasiyası" ASC tərəfindən inşa
edilmişdir.
Sonra birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva
bağçanın rəmzi açılışını bildirən lenti kəsdilər.
Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki,
bağça mərkəzləşdirilmiş nəzarət kameraları ilə təchiz
olunmuşdur. Binanın foyesində akademik Zərifə xanım
Əliyevanın həyat və fəaliyyətini və Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun
həyata keçirdiyi layihələri əks etdirən xüsusi guşə
yaradılmışdır.
Azərbaycanın
birinci xanımı bağçada uşaqlar üçün yaradılan şəraitlə
tanış oldu.
Bildirildi ki, müxtəlif yaşlı 8 qrup üçün nəzərdə
tutulan bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl
işləri, kompüter, tibb və müəllimlər otaqları mövcuddur.
Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan
hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs
ləvazimatları bütün sanitar-gigiyenik norma və
standartlara cavab verir.
Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki,
bağçada uşaqların asudə vaxtlarının təşkili, eyni
zamanda, əylənmələri üçün hovuz, idman, oyun və müxtəlif
tədbirlərin keçirilməsi üçün zallar vardır. Bağçanın
divarlarını uşaqların sevimli nağıl qəhrəmanlarının
şəkilləri bəzəyir. Burada uşaqların təlim-tərbiyəsi üçün
hər cür şərait vardır.
AzərTAc |