Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xətai rayonundakı 315 və 8 nömrəli körpələr evi-uşaq bağçalarında
əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub

 

Böyütmək üçün şəkili seçinAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Bakının Xətai rayonundakı 315 və 8 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olmuşdur.

Fondun prezidenti Mehriban Əliyeva əvvəlcə 315 nömrəli körpələr evi-uşaq bağçasına gəldi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, 1976-cı ildən fəaliyyət göstərən bu bağça indiyədək əsaslı təmir olunmamışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyulunda başlanmışdır. Əsaslı təmir nəticəsində bağçada yüksək şərait yaradılmışdır.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, bağçada 1 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 20 nəfər peşəkar mütəxəssis məşğul olacaqdır. Bağçada 6 qrup vardır.

***

Böyütmək üçün şəkili seçinSonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva 8  nömrəli   körpələr  evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış oldular.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bağçanın ümumi sahəsi 1,2 hektardır. Həyətdə geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmış, xüsusi istirahət guşələri yaradılmış, uşaq attraksionları qurulmuşdur.

Azərbaycanın birinci xanımı bağça binasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.

Bildirildi ki, 2 mərtəbəli bina 1977-ci ildən fəaliyyət göstərmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmamışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyununda başlanmışdır.

Məlumat verildi ki, 220 yerlik bağçada 190 uşağın təlim-tərbiyəsi ilə 24 pedaqoji və 25 xidməti işçi məşğul olacaqdır. Bağçada 2 yaşdan 6 yaşadək 3 rus, 7 Azərbaycan qrupu fəaliyyət göstərəcəkdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov