Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbriki

 

Əziz müəllimlər, hörmətli təhsil işçiləri!

Təhsil cəmiyyətin inkişafında, insanların layiqli vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyi, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətləri təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunur.

Sürətlə inkişaf edən ölkəmizdə təhsil sistemi daim yenilənməli, dünya  təhsilindəki sürətli tərəqqi proseslərindən geri qalmamalıdır. Bütün bunların təmin olunması məqsədi ilə son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı  proqram və layihələr həyata keçirilir.

Təhsil sisteminin qarşısında duran əsas hədəflərə çatmaqda müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Müəllim əməyi ən yüksək qiymətə və ehtirama layiqdir. Bunun üçün də yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq prioritet məsələlərdən biridir.

Müəllimlər hər bir cəmiyyətin elitasıdır. XXI əsrdə bilik və bacarıqların  önəmi daha da artacaqdır. Bu missiyada "öyrənməyi öyrətmək" vəzifəsi müəllimlərin üzərinə düşür. Deməli, cəmiyyətimizin  bütün hədəflərinin  gerçəkləşməsi, həm də müəllimlərimizin öz missiyasına necə əməl etməsindən asılı olacaqdır.

Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı son illər yaranmış ənənəyə uyğun olaraq, builki peşə bayramları ərəfəsində də bir qrup təhsil işçisinə təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adının verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Təltif olunanları təbrik edir, təhsilimizə göstərdiyi diqqətə görə möhtərəm Prezidentimizə çoxminli təhsil işçiləri adından minnətdarlığımızı bildiririk.

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti  ilə müəllimlərimizi  ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov