Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan 9 nəfər mühəndis-pedaqoji  işçi Türkiyədə keçiriləcək təlimlərdə iştirak edəcək

 

Sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının tələblərinə müvafiq olaraq əmək bazarında mütərəqqi texnologiyaların tətbiq edildiyi sahələr üzrə ixtisaslı fəhlə kadrlara ehtiyac artmaqdadır.

Belə peşələrdən biri olan "Sənayenin avtomatlaşdırılması" peşəsi üzrə Azərbaycanda ilk peşə-ixtisas təhsilinin təşkili və müəllim-usta hazırlığına dəstək məqsədilə Türkiyənin Milli Təhsil Nazirliyinin (MEB), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) maliyyə yardımı ilə 9 nəfər mühəndis-pedaqoji işçidən ibarət heyət Türkiyəyə yola düşmüşdür.

Sənaye mərkəzləri Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan həmin mühəndis-pedaqoji işçilər İzmir, Kocaeli və İstanbul şəhərlərində keçiriləcək təlimlərdə iştirak edəcəklər. 16 sentyabr - 11 oktyabr 2013-cü il tarixlərində keçiriləcək təlimin iştirakçıları Azərbaycana döndükdən sonra təlim prosesini distant formada davam etdirəcəklər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov