Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

"Microsoft" müəllimlər üçün müsabiqə elan edib

 

"Microsoft" korporasiyasının məktəb müəllimlərinə ünvanlanmış yeni layihəsi - Microsoft İnnovativ Müəllim-Ekspert Proqramı (Microsoft İnnovative Educator Expert) ilə bağlı korporasiya tərəfindən hər il müsabiqə elan edilir.

Həmin beynəlxalq layihədə iştirak etmək üçün müsabiqə nəticəsində hər ölkədən müəllim-ekspertlər seçiləcəkdir. Qaliblər "Microsoft İnnovativ Müəllim-Ekspert" adı ilə təltif olunacaq və 2014-cü ilin mart ayında İspaniya Krallığının Barselona şəhərində təşkil olunacaq Microsoft-un Qlobal Təhsildə Əməkdaşlıq Forumunda Azərbaycanı təmsil edəcəklər. Qeyd edək ki, müsabiqədə ingilis dilini bilən ümumtəhsil orta məktəb müəllimlərinin iştirakı nəzərdə tutulmuşdur. Buna əsaslanaraq, müsabiqə iştirakçısı http://www.pil-network.com/ saytına daxil olmaqla ingilis dilində qeydiyyatdan keçməli və istifadəçi profilini yaratmalıdır.

Həmçinin, proqramda iştirak etmək üçün "Müraciət təlimatları"nı http://pilnetwork.blob.core.windows.net/public/Expert Educator Application Detailed Instructions 2013.pdf   saytından yükləməli və tanış olmalıdır.

 Namizədlər layihədə iştirak etmək üçün 30 sentyabr 2013-cü il tarixinə qədər müraciət edə bilərlər.

Məlumat üçün qeyd edək ki, layihənin bütün xərcləri "Microsoft" korporasiyası tərəfindən ödəniləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov