Oktyabrın 5-6-da Türkiyənin məşhur "Akare International
Education Fairs" şirkətinin təşkilatçılığı ilə Bakıda
növbəti təhsil sərgisi keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, tədbirdə Türkiyə, Şimali Kipr,
İngiltərə, İsveç, İtaliya, Yunanıstan, ABŞ və digər
ölkələrin universitetləri və xaricdə təhsil şirkətləri
iştirak edəcəkdir. Ümumilikdə, sərgidə 10 ölkənin 50-dən
çox ali təhsil müəssisəsi təmsil olunacaqdır.
Tədbirdə dövlət və özəl universitetlərdə yüksək
keyfiyyətli təhsil imkanı, MBA proqramları,
sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar,
eləcə də pulsuz ali təhsil almaq imkanları barəsində
ətraflı məlumat veriləcəkdir. Təhsil müəssisələrinin
nümayəndələri təmsil etdikləri universitet və dil
məktəbləri ilə bağlı sualları cavablandıracaqlar.
Sərgi çərçivəsində bir sıra seminarların keçirilməsi də
nəzərdə tutulmuşdur. |