"Gənclərin Sosial və İqtisadi İnkişafına Yardım"
İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun dəstəyi ilə paytaxtda "Yeni
media və gənclərin sosial şəbəkələrdə fəallığının
artırılması" adlı layihəni həyata keçirib.
Adıçəkilən layihənin əsas məqsədi ictimai sahədə fəal
olmayan gənclərin yeni media və sosial şəbəkələrdən
düzgün istifadə edilməsi haqqında bilik və
bacarıqlarının artırılmasıdır. Gənclər layihə
çərçivəsində sosial şəbəkələrdən istifadə qaydası, yeni
və ənənəvi medianın üstünlükləri, eyni zamanda vətəndaş
jurnalistikası haqqında məlumat alıblar. Təlimlər zamanı
gənclərin elektron məlumatların əldə edilməsində düzgün
alətlərdən istifadə etmədikləri ortaya çıxıb və bununla
bağlı maarifləndirmə kampaniyasının aparılmasının
zəruriliyi vurğulanıb.
Bunu nəzərə alan "Gənclərin Sosial və İqtisadi
İnkişafına Yardım" İctimai Birliyi maarifləndirmə
kampaniyasının davamı kimi yeni media və sosial
şəbəkələr haqqında məlumatı əks etdirən buklet çap
edərək onu təlim iştirakçıları ilə yanaşı, bir sıra
qeyri-hökumət təşkilatlarına və gənclərə paylayıb.
Qeyd edək ki, bu layihədən çoxlu sayda paytaxt gənci
bəhrələnib.
Samirə KƏRİMOVA |