Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

İnternat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılıb

 

Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılmışdır.

Nazirliyin tabeliyindəki xüsusi internat məktəbləri üçün (əqli və fiziki qüsurlu uşaqlar, vərəm, revmatizm xəstəliyi) müvafiq dietik menyular hazırlanmışdır. Menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilmişdir. Bundan əlavə, qeyd olunan bütün təlim-tədris ocaqlarında qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilmişdir.

Qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsi beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir. Rasional və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir. Düzgün qidalanma uşaqlarda beyinin, intellektin, mərkəzi sinir sisteminin inkişafına və formalaşmasına önəmli təsir göstərir. Uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişaf ahəngini təmin edir.

Bundan əlavə, uşaq və yeniyetmələr arasında qidalanmanın düzgün təşkili, yeməkxanaların nəfis dizaynı, süfrə tərtibatı, xidmətin müvafiq qaydalar çərçivəsində aparılması, yemək çeşidlərinin müxtəlifliyi və seçim imkanının yaradılması uşaqların yüksək mədəni-estetik zövqünün formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin qidalanma qaydalarından düzgün istifadə iştahın artmasına, həzm prosesinin optimallaşmasına, qidalanma mədəniyyətinin və müvafiq gigiyenik vərdişlərin yaranmasına gətirib çıxarır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov