Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Bakı Dövlət Universitetinin Qubadakı yeni tədris-təcrübə və istirahət mərkəzində Elmi Şuranın genişləndirilmiş iclası

 

Böyütmək üçün şəkili seçinSentyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) Qubanın II Nügədi kəndindəki yeni tədris-təcrübə və istirahət mərkəzində Elmi Şuranın genişləndirilmiş iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə toplantı iştirakçıları ümummilli lider Heydər Əliyevin mərkəzin foyesindəki büstü önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açmışdır. Bildirmişdir ki, 5 mərtəbəli mərkəzin inşasına 2011-ci ilin sentyabrında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Eyni zamanda 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin 17 fakültəsində təhsil alan 20 min tələbə müxtəlif tədris təcrübələri keçəcək, müəllim və tələbələrin istirahəti təşkil ediləcəkdir. Həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq, həmçinin bir sıra yarışların keçirilməsi mümkündür. Bundan əlavə, mərkəzdə müxtəlif istiqamətlər üzrə laboratoriyalar təşkil olunmuşdur. Bütün bunlar müəllim və tələbələrin daha yaxşı istehsalat təcrübəsi aparmalarına, yerli və beynəlxalq tədbirlərin keçirilməsinə yeni imkanlar yaradır.

Diqqətə çatdırılmışdır ki, Avropanın qabaqcıl universitetləri ilə rəqabət aparmaq istəyən və hazırda 86, o cümlədən 52 beynəlxalq proqram və qrant layihəsi həyata keçirən BDU-nun kollektivi yeni mərkəzin imkanlarından yararlanaraq bu layihələrin sayını daha da artırmaq, həmin mərkəzdə təhsil və elmi fəaliyyətlərə dair beynəlxalq tədbirlər keçirmək niyyətindədir.

200-ə yaxın elm adamının iştirak etdiyi iclasda ali təhsil sistemində islahatlar çərçivəsində tədris-təcrübə bazalarının rolu, mərkəzin strukturunun təsdiqi, fəaliyyəti və perspektivləri haqqında müzakirələr aparılmışdır.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın 2012/2013-cü tədris ilinin yay məktəbi və nəticələri haqqında məruzəsi Elmi Şuranın üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Elmi Şurada universitetin bəzi işçilərinə elmi adlar verilmiş və digər cari məsələlər müzakirə olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov