30 sentyabr 2013-cü il tarixində saat 11:00-da təhsil
naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər
Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2013-cü ilin sentyabr ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq
Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı
rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin
"Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya
office@edu.gov.az
elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə
bilərlər. |