Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Azərbaycan Dövlət İqtisad Universitetinin 4 saylı tədris binası əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilib

 

Böyütmək üçün şəkili seçinSentyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris binasının əsaslı şəkildə yenidənqurmadan sonra açılışına həsr olunmuş mərasim keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin binanın foyesində qoyulmuş büstünü ziyarət etmiş, abidənin önünə tər çiçək dəstələri düzmüşlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev tədbir iştirakçılarını salamlamış və yeni dərs ili münasibəti ilə təbrik etmişdir. Təhsil nazirinin universitetə gəlişini ADİU-nun fəaliyyətinə olan diqqətin təzahürü kimi dəyərləndirən rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin son illər ərzində qazandığı uğurlardan söhbət açmışdır.

Təhsil naziri Mikayıl Cabbarov ADİU-da olmaqdan məmnunluğunu ifadə etmişdir. Son 20 ildə Azərbaycanın sürətli inkişaf yolu keçdiyini nəzərə çatdıran nazir təhsil sahəsində əldə olunmuş nailiyyətlərin bu gün də uğurla davam etdirildiyini vurğulamışdır.

Böyütmək üçün şəkili seçinMüasir dövrdə qloballaşma prosesinin tələblərinə uyğun olaraq iqtisadi uğurun bilik iqtisadiyyatından keçdiyini söyləyən təhsil naziri Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən də təhsil sahəsində əsaslı islahatlar yolu tutduğunu qeyd etmişdir. Təhsil ocaqlarının maddi-texniki bazası ilə yanaşı, təhsilin, professor-müəllim heyətinin keyfiyyəti və təhsilalanların bilik səviyyələrinin mühüm roluna toxunan nazir ölkə universitetlərinin tədris imkanlarının genişləndirilməsinin zəruriliyini vurğulamışdır. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin azərbaycanlı gənclərin ölkəmizin ali məktəblərində təhsil almasının əhəmiyyəti barədə fikirlərinə istinad edərək bildirmişdir ki, bu baxımdan qarşıya qoyulmuş vəzifələrə nail olmaq üçün universitetlər müvafiq dünya təcrübəsindən uğurla istifadə etməlidirlər.

Daha sonra nazir ali məktəblərdə tədrisin müasir tələblər səviyyəsində təşkili, xüsusi istedadlı tələbələrlə iş, ali məktəblərin xərclərinin strukturunda əməkhaqqı və məvaciblərin artırılması, insan kapitalının inkişafı, aztəminatlı və akademik nailiyyətləri yüksək olan tələbələr üçün universitetlər tərəfindən təqaüdlərin verilməsi məsələlərinə toxunmuşdur. Ali məktəblərin rəqabət qabiliyyətinin artırılması, məzunların işlə təminatı, ali məktəblərin idarə edilməsi haqqında söhbət açan təhsil naziri, həmçinin dünyanın qabaqcıl ali təhsil ocaqları ilə ölkəmizdə birgə əməkdaşlıq, nəticəyönümlü maliyyələşmə prinsipləri və ali təhsilin inkişafının digər istiqamətləri barədə fikirlərini nəzərə çatdırmışdır.

Sonda təhsil naziri tələbələri maraqlandıran sualları cavablandırmış, bir sıra təklif və tövsiyələrlə çıxış etmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov