Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Nizami rayonundakı 190 nömrəli körpələr evi-uşaq bağçasının binası yenidənqurmadan sonra istifadəyə verilib

 

Böyütmək üçün şəkili seçinSentyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 190 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak etmişlər.

Mehriban xanım Əliyevaya, Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi.

Birinci xanım Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanın birinci xanımı məktəbəqədər təhsil müəssisəsinin yenidənqurma işlərindən əvvəlki vəziyyətini əks etdirən stendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bağça 1967-ci ildə tikilmiş və binanın əsaslı təmirinə ehtiyac yaranmışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq binada yenidənqurma işlərinə ötən il başlanılmışdır. Yenidənqurmadan sonra bağçada uşaqlar üçün yüksək şərait yaradılmışdır.

Körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, burada 2 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 14 peşəkar mütəxəssis məşğul olacaqdır. Üç korpusdan ibarət 2 mərtəbəli binada 7 qrup fəaliyyət göstərir. Bağçada istilik sistemi tamam yenilənmiş, ərazi abadlaşdırılmışdır. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov