Uşaq
evləri və internat məktəblərinin məzunu olan gənclər
üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami
rayonunda inşa olunmuş yaşayış binası sentyabrın 26-da
istifadəyə verilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu
Əliyevalar binanın açılış mərasimində iştirak etmişlər.
Mehriban xanım Əliyevaya, Leyla xanım və Arzu xanım
Əliyevalara gül dəstələri təqdim edildi.
Birinci xanım Mehriban Əliyeva binanın rəmzi açılışını
bildirən lenti kəsdi.
Mənzillərlə tanışlıq zamanı Mehriban xanım Əliyevaya
məlumat verildi ki, valideyn himayəsindən məhrum bir
qrup yeniyetmə Dövlət Neft Şirkəti yanında texniki peşə
məktəblərində təhsil alaraq müxtəlif peşələrə
yiyələnmişlər. Hər zaman dövlətin qayğısı ilə əhatə
olunan bu gənclərin həyat şəraitinin yaxşılaşdırılması
da diqqət mərkəzində saxlanılır.
Bildirildi ki, yeni inşa olunan yaşayış binası artıq bir
neçə ildir ki, ARDNŞ-in istehsalat sahələrində çalışan
və əməkdə fərqlənən ailə qurmuş gənclər üçün nəzərdə
tutulmuşdur. Karkas tipli dəmir-beton konstruksiyalı
binada 68 mənzil vardır. Mənzillərdən 34-ü bir otaqlı,
32-si ikiotaqlı, qalanları isə 3 otaqlıdır. Mənzillər
məişət avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel
dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla
təchiz edilmişdir. Binanın həyətyanı ərazisi
yaşıllaşdırılmış, uşaq oyun meydançaları qurulmuşdur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva, qızları Leyla və Arzu Əliyevalar yeni mənzil
alan gənclər - Elşən Kazımov və Sadir Tahirovun ailə
üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət
etdilər. Mehriban xanım Əliyeva yeni ev sahiblərinin
həyat şəraiti, sosial durumları və qayğıları ilə
maraqlandı. Bildirdi ki, bu cür layihələrin icrası
bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.
Yeni mənzillərin sahibləri də diqqət və qayğıya görə
Azərbaycanın birinci xanımına minnətdarlıq etdilər.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |