Azərbaycan
Müəllimlər İnstitutunun Qazax filialında Bilik Günü
münasibəti ilə I kurs tələbələri və valideynlərlə görüş
keçirilmişdir. Filialın direktoru, dosent Afaq Qasımova
çıxış edərək ilk öncə valideynləri və tələbələri təbrik
etmişdir. AMİ-nin Qazax filialında yaradılmış şərait
yüksək qiymətləndirilmişdir. Sonra filialın TGT sədri
Pərviz Bayramov tələbə adı qazanmış gənclərə uğurlar
arzulamışdır. Tələbələrdən Mustafa Mustafayev, Ramilə
Dəllərova, Zəmin Vəliyeva, Savad Bənnəyeva, Aysel
Dərziyeva çıxış edərək sevinclərini tədbir iştirakçıları
ilə bölüşmüş, yüksək diqqət və qayğıya görə
minnətdarlıqlarını ifadə etmişlər. Sonda tədbir musiqili
proqramla başa çatmışdır. |