2013-2014-cü
tədris ilinin başlanmasına və Bilik Gününə həsr olunmuş
bayram tədbiri Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə
həmişəki kimi böyük coşqu ilə qeyd edilib. Şəhər icra
hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri
tədbirdə iştirak ediblər.
Məktəbin direktoru Mehdi Əliyev çıxış edərək Prezident
İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan
bəhs edib, şagirdlərə və qədəmlərini məktəbə ilk dəfə
atan birincilərə uğurlar arzulayıb.
Digər çıxış edənlər - direktor müavini Zəkəriyyə
Bəşirov, tədbirin təşkilatçısı Gülnarə Əliyeva, ibtidai
sinif müəllimləri Ləzifə İsmayılova və Yeganə Nəbiyeva
şagirdlərə uğurlar arzulayıb, vətənə, dövlətə layiqli
vətəndaş olacaqlarına inandıqlarını ifadə ediblər.
Çıxışlardan sonra 25 il 37 nömrəli tam orta məktəbdə
ibtidai sinif müəllimi işləyən Yeganə Nəbiyevanın
hazırladığı proqram nümayiş olunub. 1-ci sinif
şagirdləri Hikmət Əhmədli, Nəzrin Salamzadə, 2-ci sinif
şagirdi Özləm Əhmədlinin ifasında səslənən şeirlər və
məktəblilərin bir-birindən maraqlı rəqsləri böyük
maraqla qarşılanıb. |