Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Tələbələrin dövlətçiliyimizə sadiq, layiqli vətəndaş kimi formalaşmalarına inam ifadə olunmuşdur

 

Böyütmək üçün şəkili seçinSentyabrın 16-da Azərbaycan Müəllimlər İnstitutunda Bilik Günü münasibətilə tədbir keçirilmişdir. İlk növbədə institutun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr ulu öndərin xatirəsinə yaradılmış Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ulu öndərin büstü önünə əklil qoymuşlar.

İnstitutun rektoru, Milli Məclisin deputatı, professor A.Naxçıvanlı giriş sözü ilə çıxış edərək bütün professor-müəllim heyətini və tələbələri Bilik Günü və 2013-2014-cü tədris ilinin başlanması münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Rektor bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev təhsili millətin gələcəyi adlandırır, Azərbaycanın gələcəyini gənclərdə görürdü. Ulu öndər həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" söyləmişdir. Bu, müəllimlərə verilən ən yüksək qiymətdir. Hazırda dövlət başçısı cənab İlham Əliyev ulu öndərimizin əsasını qoyduğu elm və təhsil ənənələrini uğurla davam etdirir. Bu gün vətənpərvər, savadlı gənclərin yetişdirilməsində müəllimlərin üzərinə böyük vəzifə düşür.

Rektor çıxışının sonunda instituta qəbul olmuş bütün tələbələrin yüksək tədris nəticələri əldə edəcəklərinə və dövlətçiliyimizə sadiq layiqli vətəndaş kimi formalaşacağına ümid etdiyini bildirmişdir.

Dövlət himni səsləndirildikdən sonra tədbirdə institutun təhsilin idarə edilməsi kafedrasının müdiri, professor Ramiz Məmmədzadə tələbələri və müəllimləri təbrik edərək qeyd etmişdir ki, təhsil hər bir dövlətin, cəmiyyət həyatının mühüm bir sahəsidir və cəmiyyət təhsilsiz inkişaf edə bilməz.

İnstituta yüksək balla daxil olmuş tələbələrdən Fidan Mirzəli və Minayə Əhmədzadə çıxış edərək öz təbriklərini çatdırmış, sevinclərini tədbir iştirakçıları ilə bölüşmüşlər. Bu il tələbə adına layiq görülmüş Günay Kərəməliyevanın valideyni Aydın Kərəməliyev, Səbinə Zeynalovanın valideyni İradə Zeynalova institut haqqında eşitdikləri müsbət fikirlərin onlarda bu təhsil ocağına maraq yaratdığını qeyd etmiş, övladlarının məhz bu instituta daxil olduqları üçün sevinc hissi keçirdiklərini bildirmişlər.

AMİ-nin 2013-cü il məzunu və hazırda ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə I kurs magistrantı Fatimə Qaraşixova çıxış edərək dörd il ali təhsil alaraq məzun olduğu institutun magistratura pilləsinə daxil olduğunu və seçim zamanı bir daha Azərbaycan Müəllimlər İnstitutuna çox böyük həvəs və istəklə üstünlük verdiyini qeyd etmiş, əldə etdiyi nailiyyətlərdən danışmış, tələbə və magistrantlara uğurlar arzulamışdır.   

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov