Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Dövlət İdarəçilik Akademiyasında Bilik Günü qeyd edilmişdir

 

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri DİA-nın rektoru, akademik Urxan Ələkbərov açaraq tələbə, magistrant və müdavim adını qazananları, onların valideynlərini, bütün təhsil işçilərini Bilik Günü münasibəti ilə təbrik edərək gənclərə uğurlar arzulamışdır.

Rektor müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Natiq çıxışında ölkə başçısının təhsillə bağlı imzaladığı bir çox sənədlərin əhəmiyyətini diqqətə çatdırmışdır. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, Dövlət İdarəçilik Akademiyasının qazandığı uğurlardan bəhs edən Urxan Ələkbərov qeyd etmişdir ki, rəhbərlik etdiyi ali təhsil ocağı gənc nəslin elm və təhsilində, təlim-tərbiyəsində, idarəçi kadrların hazırlanmasında öz nüfuzu və istiqaməti olan müəssisələrdəndir. Rektor tələbələrə müraciət edərək demişdir: "Bu gün respublikamızın siyasi və iqtisadi sahədə əldə etdiyi uğurları, beynəlxalq nüfuzunu qoruyub saxlamaq, onu daha kreativ və innovativ metodlarla inkişaf etdirmək sizin əlinizdədir. Çalışın ki, yaradılan şəraitdən səmərəli istifadə edib yüksək bilik və bacarığa nail olasınız, sizə olan etimadı  doğruldasınız".

Son illərdə respublikamızın inkişaf tempinin, uğurlu statistik göstəricilərinin hər birimizdə qürur hissi oyatdığını deyən rektor ölkə başçısının məqsədyönlü siyasətinin insan potensialının inkişafına yönəldiyini qeyd etmişdir.

Çıxışda daha sonra bildirilmişdir ki, müasir dövrdə dövlətin gücü və qüdrəti təkcə onun təbii sərvətləri ilə deyil, o cümlədən elmi-intellektual, insan potensialı ilə müəyyən edilir.

Dövlət İdarəçilik Akademiyasının məqsədinin  hazırladığı kadrların müasir tələblərə cavab verməyi bacarmaları, yeni kreativ nəslin formalaşmasında iştirakı və ölkədə həyata keçirilən uğurlu işlərə öz töhfəsini vermək olduğunu söyləyən rektor bu yolda hər kəsə müvəffəqiyyətlər arzulamışdır.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, dosent Zaur Bağırov, inzibati idarəetmə fakültəsinin dekanı, dosent Eldar Azadov, builki ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış, Prezident təqaüdünə layiq görülmüş Nərmin Məmmədli, Nərminə Murğuzova, 677 bal toplamış İlahə Süleymanlı, valideyn Ədalət Əfəndiyev və digərləri çıxış edərək ölkədə təhsilə göstərilən dövlət qayğısından danışmış, öz sevinclərini, ən xoş arzularını və təbriklərini bölüşmüşlər. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov